Dünya

ABŞ-da 2 təyyarə qəzası: ölən və yaralananlar var

20 Noyabr 2021 08:23
0 Şərh     Baxış: 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Laflin Hərbi Hava Qüvvələri bazasında iki hərbi təyyarənin uçuş-enmə zolağında qəzaya uğraması nəticəsində bir pilot həlak olub, daha ikisi yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerli vaxtala səhər saat 10 radələrində baş verib. Rəsmi məlumata görə, yaralılardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, digəri isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Hadisənin baş vermə səbəbləri haqqında məlumat verilmir, hazırda araşdırmalar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.