Dünya

Stoltenberq: Çin NATO-nun dəyərlərinə və maraqlarına meydan oxuyur

1 İyul 2024 07:05
Baxış: 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO Çini düşmən hesab etmir, lakin alyans rəhbərliyinin fikrincə, Pekin onun dəyərlərinə və maraqlarına meydan oxuyur.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu fikri NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq "Yomiuri Shimbun" qəzetinə müsahibəsində deyib.

"NATO Çini düşmən hesab etmir, lakin bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur", - o deyib. Stoltenberq həmçinin iddia edib ki, Çin Tayvanı və ona qonşu ölkələri təhdid edir.

Bundan əlavə, NATO baş katibi Çini Rusiya Federasiyasına hərbi dəstək verməkdə ittiham edib. O bildirib ki, Pekin bununla İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük müharibəni alovlandırır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.