Dünya

Meksikada gizli məzardan 65 cəsəd tapıldı

18 Noyabr 2021 08:33
0 Şərh     Baxış: 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın Verakruz əyalətinin Alvarado şəhərində gizli bir məzardan 65 cəsəd tapılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, cəsədi tapılanların 9-10 il əvvəl qətlə yetirildiyi ehtimal olunur.

Ehtimala görə, bu, kriminal qruplaşamalar arasında baş verən toqquşmanın nəticəsidir. Onların üzərindən şəxsi əşyalar, bank kartları və şəxsiyyətini təsdiq edənlər sənədlər çıxıb.

Meksika Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Verakruzla yanaşı, Sinaloa, Kolima, Querrero və Sonora əyalətləri ən çox gizli məzarların aşkarlandığı yerlərdir. Hazırda Meksikada 94 500 nəfər itkin axtarılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.