Hadisə

Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi

3 Avqust 2025 23:58
Baxış: 2 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadanın Toronto şəhərində yaşayan Vətən müharibəsi iştirakçısı Sadiq Adıgözəlov vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

Bildirilir ki, Sadiq Vətən müharibəsində könüllü olaraq Kanadadan Azərbaycana gəlib və döyüşlərdə iştirak edib.

Ailəsi mərhumun cənazəsini Azərbaycana gətirmək istəyir. Lakin ailənin maddi gücü buna imkan vermir.

Mərhumun yaxınları onun cənazəsinin vətənə gətirilməsi üçün kömək istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.