Dünya

Dehlidə havanın çirklənməsinə görə məktəblər bağlanır

13 Noyabr 2021 21:56
0 Şərh     Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın paytaxtı Dehli şəhərində havanın çirklənməsinin artması fonunda bir həftəlik məktəblər bağlanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Dehli şəhərinin birinci naziri Arvind Kecrival deyib.

A.Kecrival bildirib: "Uşaqların çirkli hava ilə nəfəs almasının qarşısını almaq üçün bazar ertəsindən etibarən məktəblər bağlanacaq".

Bundan əlavə, bildirilir ki, şəhər hakimiyyətinin əmri ilə bütün tikinti işləri 4 gün müddətinə dayandırılır və bütün dövlət qulluqçuları məsafədən işə keçir. Şəxsi biznes isə "mümkün olduğu qədər" bu qaydaya əməl etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.