Dünya

Pentaqon təkzib etdi: Kürdlərə dəstək sözü verməmişik

11 Noyabr 2021 19:24
0 Şərh     Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bizim Suriya Demokratik Qüvvələri (SDQ) ilə tərəfdaşlığımız yalnız İŞİD-lə mübarizəyə əsaslanır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu haqda Pentaqon sözçüsü Con Kirbi YPG/PKK-nın lideri Fərhad Abdi Şahinin Türkiyənin Suriyada yeni hərbi əməliyyat keçirəcəyi təqdirdə ABŞ-ın SDQ-nin təhlükəsizliyinə təminat verəcəyilə bağlı açıqlamasına cavab olaraq deyib.

Pentaqon sözçüsü Abdi Şahinin sözügedən müsahibəsini ilk dəfə eşitdiyini və bunun təmsil etdiyi qurumla ilə heç bir əlaqəsi olmadığını söyləyib:

"Bunu deməkdən bezdim, amma yenə də deməyimdə fayda var. Suriyada SDQ ilə əməkdaşlığımız sadəcə İŞİD-ə qarşı mübarizə çərçivəsindədir. İŞİD-lə mübarizə və bu ortaqlıq davam edir, çünki təhdid var."

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.