Dünya

TRT Fransanı belə ifşa etdi: İŞİD-ə pul ötürür - VİDEO

8 Noyabr 2021 14:04
0 Şərh     Baxış: 2 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin dövlət telekanalı TRT Fransanın sement nəhəngi "Lafarge" ilə İŞİD terrorçuları arasındakı əlaqələrə işıq salacaq sənədli film hazırlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, "Fabrik" adlanan ikihissəli film iki illik jurnalist araşdırması nəticəsində meydana gəlib. Araşdırmanın gedişində yarım milyondan çox sənəd diqqətlə incələnib.

Filmdə "Lafarge" ilə İŞİD arasındakı gizli bağlantılar şəbəkəsi üzə çıxarılıb və şirkətin Suriyadakı zavodunun əslində Fransa xüsusi xidmət orqanları tərəfindən terrorizmin maliyyələşdirilməsi məqsədilə istifadə edildiyi sübuta yetirilib.

Sənədli filmin ilk hissəsi noyabrın 12-də Bakı vaxtilə saat 22.00-da, ikinci hissəsi isə ertəsi gün eyni saatda telekanalın efirində yayımlanacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.