Dünya

Kazımidən sui-qəsd cəhdi ilə bağlı açıqlama

8 Noyabr 2021 13:32
0 Şərh     Baxış: 638
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sui-qəsdi törədənləri təqib edəcəyik, onların kim olduğunu yaxşı bilirik, ifşa edəcəyik. Ədalətin əli İraq Milli Kəşfiyyat Xidmətinin zabiti polkovnik Nebras Fərmanın qatillərinə çatacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İraqın baş naziri Mustafa Kazımi Tvitter səhifəsində yazıb.

İraqın baş naziri bildirib ki, evini pilotsuz təyyarənin köməyi ilə partlatmaq cəhdi dünən gecə həyata keçirilib, lakin bu, iraqlıların onunla barışmaq istəyini əks etdirmir.

Qeyd edək ki, "Əl-Ərəbiyyə" telekanalı əvvəlcə Kazıminin yaralanaraq xəstəxanaya aparıldığını bildirsə də, İraq təhlükəsizlik rəsmiləri baş nazirin xəsarət almadığını qeyd ediblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.