Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili həbsxanadan dövlət çevrilişi etməyi planlaşdırır.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Baça Mqeladze bildirib.
Onun sözlərinə görə, Gürcüstanda Mixail Saakaşviliyə dəstək məqsədi ilə keçirilən etiraz aksiyalarının iştirakçıları dövlət müəssisələrinin binalarını bloklamağı planlaşdırır. Mqeladze bildirib ki, dövlət çevrilişinə M. Saakaşvili rəhbərlik edir.
Milli.Az