Dünya

Yer kürəsində sutka ərzində meşələrin sahəsi 27 futbol meydançası həcmində azalır

2 Noyabr 2021 09:54
1 Şərh     Baxış: 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya ölkələri 2030-cu ilədək meşələrin məhvinin dayandırılmasını istəyirlər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu məlumat Böyük Britaniya hökumətinin Qlazqo şəhərində keçirilən BMT-nin İqlim sammiti (COP26) ilə bağlı yaydığı Press-relizdə yer alır.

Qeyd olunur ki, bu gün iclasların əsas mövzusu meşələrin kütləvi qırılması olacaq. Söhbət xüsusilə Amazon meşələri, Kanada və Konqonun meşə massivlərindən gedir. Bildirilir ki, Yer kürəsində sutka ərzində meşələrin sahəsi 27 futbol meydançası həcmində azalır.

İştirakçı dövlətlərin meşələrin vəziyyəti ilə bağlı bəyannamə imzalaması da gözlənilir. Böyük meşə massivlərinə malik ölkələr sənədə tərəfdar çıxıb. Bir neçə dövlət yaşıllıqların qorunması üçün təcili maliyyə vəsaiti ayrılmasını təklif edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.