Dünya

Metroda sərnişinlərə hücum edən yapon “Joker”i təqlid etdiyini deyib - VİDEO

2 Noyabr 2021 13:00
0 Şərh     Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya paytaxtında metro qatarında insanlara hücum edən Kyota Hattori adlı gənc "Joker"i (komikslərdən "Betmen"in düşməni) təqlid etdiyini deyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə "Joker" kimi görünməyə və eyni adlı filmdə caninin qatarda insanlara hücum etdiyi səhnəni təkrarlamağa cəhd edib.

"Ekspress qatarı seçdim, çünki adam çoxdu, stansiyalar arasında böyük intervallar olması insanların qaçmasını çətinləşdirəcəkdi, səyahət vaxtı isə uzun idi", - deyə Hattori izah edib.

Şübhəli heç kəsi öldürə bilmədiyi üçün təəssüfləndiyini vurğulayıb.

Xatırladaq ki, hadisə oktyabrın 31-də baş verib. Naməlum şəxs qatarda bıçaqlı hücum həyata keçirdikdən sonra alışqan maye (ehtimal ki, xlorid turşusu ilə) ilə oturacaqları yandırıb. Hadisə nəticəsində 17 nəfər yaralanıb, onlardan biri - yaşlı kişi hələ də huşsuz vəziyyətdədir.

Yerli polis şübhəlini saxlayıb, o heç bir müqavimət göstərməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.