Dünya

Bayden Trampa görə üzr istədi

2 Noyabr 2021 08:08
0 Şərh     Baxış: 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden BMT-nin İqlim Dəyişikliyi üzrə 26-cı konfransı zamanı Donald Tramp administrasiyasının yerinə üzr istəyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bunu ABŞ-ın Tramp hakimiyyəti dövründə Paris İqlim Sazişindən çəkilməsinə görə edib.

Vəzifəsinə başlayan kimi Paris İqlim Sazişinə qayıtdığını bildirən Bayden "Məncə, üzr istəməməliyəm, ancaq keçmiş administrasiyanın Paris İqlim Sazişindən çəkilməsinə görə üzr istəyirəm" deyib. Bütün böyük iqtisadiyyatların istixana qazı emissiyaları ilə bağlı məqsədlərinə çatacağına ümid etdiyini vurğulayan Bayden, "ABŞ bu mövzuda əlindən gələni edəcək" söyləyib.

Xatırladaq ki, 2017-ci ildə hakimiyyətə gələn Donald Tramp vəzifəsinin ilk ilində Paris İqlim Sazişindən çəkiləcəklərini bəyan etmiş və bu müddət rəsmi olaraq 2020-ci ilin noyabrında başa çatmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.