Dünya

Ana yatmaq istəməyən 8 yaşlı qızını öldürdü - VİDEO

29 Oktyabr 2021 18:54
0 Şərh     Baxış: 4 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada azyaşlının bıçaqlanması nəticələnən dəhşətli hadisə baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, faciə Sverdlovsk vilayətində qeydə alınıb.

34 yaşlı ana polisə zəng edərək bildirib ki, evinə saqqallı "oğru" girərək 8 yaşlı qızını bıçaqlayıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları ünvana gələrək araşdırmaya başlayıb. Lakin ekspertiza müəyyən edib ki, evə başqa heç kim gəlməyib. Məlum olub ki, azyaşlı qızı ana özü bıçaqlayıb.

Dindirilmə zamanı ana qızını öldürdüyünü etiraf edib. Onun sözlərinə görə, uşaq şıltaq olub, yatmaq istəməyib. Belə olan halda ana bıçağı götürərək yatmadığı təqdirdə qızını "əbədi yuxu"ya göndərəcəyini deyib. Qızın inad etməsi anasını hövsələdən çıxarıb. Bıçaq xəsarətindən 8 yaşlı qız dünyasını dəyişib.

Hazırda şübhəli şəxs həbs edilib. Onun barəsində cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.