Çin Dağlıq Bədəxşan Muxtar Vilayətində Tacikistanın Daxili İşlər Nazirliyi (DİN) üçün təxminən 8,9 milyon dollar dəyərində xüsusi baza tikəcək.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Əfqanıstanla sərhəddəki Vaxan dərəsində bazanın tikintisinə dair saziş layihəsi respublika parlamenti tərəfindən qəbul edilib.
Baza Tacikistan DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin çevik əməliyyat qrupu üçün tikiləcək. Müqaviləyə əsasən, bazanın tikintisi zamanı Çindən Tacikistana gətirilən bütün avadanlıqlar vergi və gömrük rüsumlarından azad ediləcək.
Milli.Az