Türkiyə

İstanbulun məşhur tramvayı yandı - VİDEO

13 Oktyabr 2025 09:37
Baxış: 663
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbulun Taksim meydanı ilə Beyoğlu tuneli arasında hərəkət edən nostalji tramvayda yanğın baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Bildirilib ki, yanğına səbəb qısaqapanma olub.

Tramvayın sürücüsü dərhal yanğınsöndürən balon ilə yanğına müdaxilə edərək alovu söndürüb.

Əraziyə polis, yanğınsöndürən və təcili tibbi yardım qrupları göndərilib, tramvay qaraja aparılıb.Qeyd olunur ki, yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.