Çin uşaqların sosial şəbəkələrdə qeydiyyatını sərtləşdirməyi planlaşdırır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çin hakimiyyəti yetkinlik yaşına çatmayan istifadəçilərin sosial şəbəkələrdə qeydiyyatı zamanı valideynlərinin şəxsi məlumatlarını, həmçinin onların icazələrini tələb etməyi planlaşdırır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Çinin kibersahə məsələləri üzrə idarəsinin təqdim etdiyi yeni qaydalar haqqında layihənin mətnində yer alıb. İdarə oktyabrın 26-da internetdə istifadəçi hesablarının qeydiyyatı ilə bağlı yeni qaydaların layihəsini dərc edib. Layihə ictimai müzakirəyə çıxarılıb.
Qurumun "WeChat" sosial şəbəkəsində dərc etdiyi layihəyə əsasən, internetdə qeydiyyatdan keçən yetkinlik yaşına çatmayan istifadəçilər öz şəxsiyyət vəsiqəsinin real məlumatlarını, habelə qəyyumun razılığını təqdim etməlidir.
Ötən həftə Çinin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi valideynlərin "uşaqlarda online asılılığının qarşısını almaqda fəal rol oynamalı olduğunu" ehtiva edən "Ev tərbiyəsinin təşviqi" qanununu təsdiqləyib.
Avqust ayının sonlarında Çinin Dövlət Mətbuat və Nəşrlər İdarəsi sentyabrın 1-dən etibarən "uşaqların fiziki və psixi sağlamlığının qorunması" məqsədilə yetkinlik yaşına çatmayan istifadəçilərin online oyunlara girişinin həftədə üç saata qədər məhdudlaşdırılacağı barədə məlumat yayıb. Müvafiq orqanlar online oyunlar sahəsində fəaliyyət göstərən kompaniyalarda yoxlamaları gücləndirəcək, onların bu məhdudiyyətlərə necə əməl etmələrinə, həmçinin yetkinlik yaşına çatmayan oyunçuları necə aşkarladıqlarına ciddi nəzarət edəcək.
Qeyd edək ki, "TikTok" servisinin sahibi Çinin "ByteDance" kompaniyası sentyabrın sonlarında 14 yaşdan kiçik yeniyetmələr üçün tətbiqin Çin versiyasına (Douyin) məhdudiyyətlər qoyub. Hazırda onlar proqramdan gündə 40 dəqiqədən çox istifadə edə bilməz. Yaşı 14-dən az olan bütün istifadəçilər tətbiqin "gənclik rejiminə" keçirilib və yeni qeydiyyatdan keçən istifadəçilər bu rejimə birbaşa daxil olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır





