Dünya

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

27 Oktyabr 2021 03:45
0 Şərh     Baxış: 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Hokul bölgədə gözlənilən yağışa görə fövqəladə vəziyyət elan edib.

Bu barədə qubernatorun mətbuat xidməti məlumat yayıb.

"Mən bu fırtınaya cavab vermək və əhəmiyyətli yağışların proqnozlaşdırıldığı bölgələrdə həyat və əmlakı qorumaq üçün lazımi resursları təmin edə bilməyimiz üçün fəal şəkildə fövqəladə vəziyyət elan edirəm", - deyə qubernator bildirib.

Qeyd olunur ki, yağıntılar ştatın bəzi yerlərində daşqınlara səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.