Dünya

ABŞ-da ticarət mərkəzində atışma olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

26 Oktyabr 2021 08:03
0 Şərh     Baxış: 265

ABŞ-ın Boyse şəhərində (Aydaho ştatı) ticarət mərkəzində atışma olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli polis idarəsinin nümayəndəsi mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, atışma nəticəsində biri polis olmaqla azı altı nəfər xəssarət alıb: "Təəssüf ki, onlardan ikisi də həlak olub".

Nümayəndə əlavə edib ki, yaralanan polis əməkdaşı ölənlər arasında deyil.

Bildirilir ki, atış açan şəxs polislər tərəfindən saxlanılıb.

İnsidenin araşdırılması ilə yerli polis idarəsi, Federal Təhqiqat Bürosu və Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı maddələr Bürosu məşğul olur.

01:29

ABŞ-ın Boyse şəhərində (Aydaho ştatı) ticarət mərkəzində atışma olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şəhərin polis idarəsinin "Twitter" səhifəsində deyilir.

Məlumata əsasən, naməlum şəxs ticarət mərkəzində odlu silahdan atış açıb. İnsident nəticəsində biri polis olmaqla, altı nəfər yaralanıb.

Hadisədən sonra bir nəfərin polislər tərəfindən saxlanıldığı deyilir.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.