Dünya

İran öz yük maşınlarına Qarabağa girməyi qadağan etdi

20 Oktyabr 2021 16:32
4 Şərh     Baxış: 2 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatının baş direktoru Məhəmməd Cavad Hidayəti ölkəsinin Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinad edərək beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına məktub yazıb.

Qeyd olunub ki, rəsmi sərhədlər xaricində Azərbaycan Respublikası ərazisinə hər hansı bir giriş ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir.

Bu barədə "Caliber" "Telegram" kanalı İranın "Mehr" agentliyinin müxbirinə istinadən xəbər verir.

Bu sənəddə idarə həm də Qarabağa, xüsusən də Azərbaycanın Laçın rayonuna Ermənistan vasitəsi ilə girişin qadağan olunduğunu göstərir.

Bundan əlavə, Qarabağdakı separatçı rejimlə hər hansı bir ticarət müqaviləsinin imzalanması və nəqliyyat şirkətlərinə bu bölgəyə göndəriş sənədlərinin verilməsi qadağan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.