Dünya

Əfqanıstanda məscid partladılıb - Azı 25 ölü var - VİDEO

15 Oktyabr 2021 14:24
0 Şərh     Baxış: 522

Əfqanıstanın Qəndəhar şəhərində məsciddə partlayış törədilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 25 nəfər həlak olub. 20-dən çox şəxsin yaralandığı deyilir.

Partlayışın məsciddə cümə namazı zamanı törədildiyi bildirilib. Ölən sayının artacağı istisna olunmur.

Xatırladaq ki, ötən həftə Kunduz şəhərində məsciddə baş vermiş partlayış nəticəsində 50-dən çox şəxs həlak olmuşdu.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.