Dünya

18 yaşlı tələbə qız babasını öldürdü - TƏFƏRRÜAT - VİDEO

15 Oktyabr 2021 10:48
0 Şərh     Baxış: 3 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada 18 yaşlı tələbə qız babasını bıçaqlayaraq öldürüb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, hadisəni törədən şəxs aralarında mübahisə olduğunu və yalnız özünü müdafiə etdiyini iddia edib.

Qonşular qışqırıq səsi eşidib və polisə müraciət ediblər. Yaxınlıqda olan patrul xidmətinin əməkdaşları mənzilə daxil olub. Onlar öldürülən kişinin cəsədini və gənc qızı aşkar edib.

18 yaşlı Emina Yakubova saxlanılıb və faktla bağlı cinayət işi açılıb.

O, polisə ifadəsində babasını evdən buraxmadığı üçün bıçaqladığını bildirib.

Qız Moskva Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakültəsinin birinci kurs tələbəsidir. Haqqında danışılarkən yalnız müsbət xarakterizə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.