Seriya qatili uzun illər sonra ələ keçdi - Kimliyi hər kəsi şoka saldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransada bir çox cinayət və təcavüzdə şübhəli bilinən sirli seriya qatili Lyö Qrelenin kimliyi illər sonra DNT testi ilə üzə çıxıb.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Lyö Qrele ləqəbi ilə tanınan qatilin ölümündən qısa müddət sonra DNT analizi aparıldıqdan sonra keçmiş polis Fransua Verov olduğu təsdiqlənib.
1986-1994-cü illər arasında Parisdə bir çox cinayət hadisəsi baş verdi. 986-cı ildə 11 yaşlı Sesil Bloxun qətli isə böyük səs-küy yaratdı. Blox mayın 5-də məktəbə gedərkən yaşadığı binanın liftində hücuma məruz qaldı. Qatil 11 yaşlı qızı cinsi təcüvüzə məruz qoyduqdan sonra öldürdü. Cansız bədənini xalçaya bükərək lift boşluğuna atdı.
İstintaq zamanı bir neçə şahid bildirib ki, Sesil məktəbə getməzdən əvvəl 25-30 yaşlarında bir şəxs təxminən bir saat ərzində binada gizlənib. Sesilin ögey qardaşı Luk liftdə gördüyü şəxsi belə təsvir etmişdi: uzun boylu, üzü sızanaqı və çiçək xəstəliyinin izləri olan adam.
Le Qrele bir sıra cinayətlərdə şübhəli sayılsa da, onu tutmaq son dərəcə çətin idi. İş uzun illər uzandı. Amma bu ilin sentyabrında istintaq başqa bir istiqamətə yönəldi: 14-16 yaşlarında bir qız da daxil olmaqla bir neçə zərərçəkmiş şəxs təcavüz edən şəxsin polis olduğunu söylədi. Bundan sonra Parisdə xidmətdə olan 750 polisin DNT analizindən keçməsinə qərar verildi.
Keçmiş polis, 59 yaşlı Fransua Verova da məktub göndərildi. Sentyabrın 24-də məktubu alan Fransua testdən keçməyə getmədi. Üç gün sonra arvadı onun itkin düşdüyünü bildirdi. O, ötən həftə Monpelye yaxınlığındakı bir mənzildə ölü olaraq tapıldı. Cəsədinin yanında Lyö Qrelenin cinayətlərini etiraf edən qeyd vardı. Bədənindən DNT nümunələri götürüldükdən sonra onun dörd qətl və altı təcavüzdə şübhəli bilinən Lyö Qrele olduğu üzə çıxdı.
Zərərçəkmişlərin vəkili Didye Saban isə Lyö Qrelenin törətdiyi bütün cinayətlərin heç vaxt üstünün açılmayacağını deyərək, qatilin daha çox cinayətə imza atdığını iddia edib.
Müstəntiqlər hesab edirlər ki, Verov qurbanlarını cəlb etmək üçün polis vəzifəsindən istifadə edərkən xidmətdə olduğu vaxt öyrəndiyi metodlardan istifadə edərək uzun illər gizlənə bilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var - (Video)
-
Trampın sərvəti açıqlandı
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?
XƏBƏR LENTİ
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
Air Astana Qazaxıstan və Bakı arasında qış reyslərinə aviabiletlərin satışını açıb





