Dünya

İranda güclü zəlzələ - 400 ev dağıldı, yaralananlar var

9 Oktyabr 2021 16:36
0 Şərh     Baxış: 1 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə yerli vaxtla 02:46 radələrində İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndika rayonunda 5 bal gücündə zəlzələnin baş verməsi nəticəsində 400 ev tamamilə dağılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Əndika rayonunun qubernatoru Əmrullah Nozəri deyib.

Ə.Nozərinin sözlərinə görə, zəlzələ Əndika rayonunun 120 kəndində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində indiyədək 3 nəfərin yaralandığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.