Dünya

Peru prezidenti hökuməti istefaya göndərib

7 Oktyabr 2021 09:00
0 Şərh     Baxış: 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Peru prezidenti Pedro Kastilyo baş nazir Qido Belidonun qurduğu hökuməti istefaya göndərib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə prezident xalqa müraciətində bildirib.

"Bu gün Nazirlər Şurasının sədri Qido Belido Uqartenin istefası qəbul edilib, dövlətə xidmətinə görə ona təşəkkür etdim. Bildirirəm ki, yeni nazirlər kabineti bu gün axşam saat 8-də (Bakı vaxtı ilə 05:00) and içəcək", - deyə Peru lideri prezident administrasiyasının "YouTube" kanalında yayımlanan müraciətində qeyd edib.

Kastilyonun sözlərinə görə, bu qərar "idarəetmə səviyyəsinin yüksəldilməsi" maraqları əsasında və "icra orqanları arasındakı tarazlığı" qorumaq məqsədi ilə qəbul edilib. O, həmçinin ölkənin siyasi qüvvələrini dövlətin mənafeyi naminə ideoloji fikir ayrılıqlarından imtina etməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.