Dünya

Pakistanda güclü zəlzələ, ölənlər var - FOTO

7 Oktyabr 2021 07:35
0 Şərh     Baxış: 1 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanda 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Kvetta şəhərindən 102 km şimal-şərqdə, Harnai şəhərindən 14 kilometr şimal-şərqdə, ocağı isə 20,8 kilometr dərinlikdə yerləşib.

Bəlucistan əyalətində baş verən zəlzələ nəticəsində azı 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

ABŞ-ın Geologiya Xidməti daha əvvəl Pakistanda yerli vaxtla saat 22:01-də (Bakı vaxtı ilə saat 02:01-də) 5,7 maqnitudada zəlzələnin qeydə alındığını xəbər verib.

Zəlzələnin episentri Harnay şəhərindən 14 kilometr şimal-şərqdə, zəlzələ ocağı 20,8 kilometr dərinlikdə yerləşib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.