Dünya

Tibbi maskaya görə cərimələri artırılmalıdır?

2 Oktyabr 2021 08:33
0 Şərh     Baxış: 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İctimai yerlərdə tibbi maska taxmayanlara görə tətbiq edilmiş cərimələr artırılmalıdır. Eyni zamanda, maskanın virusdan qorunmada təsirli olduğunu əsas gətirərək maarifləndirici işlər aparılmalıdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Molekulyar Genetik Tədqiqatlar Elmi Mərkəzinin qurucusu və baş direktoru Andrey İsayev TASS-a açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, Rusiyada maska rejiminə riayət etmək məsələsini nizama salmaq lazımdır: "Çünki Rusiya bütövlükdə sanitar maarifləndirmə baxımından Avropa qonşularından fərqlənir. Moskvada vəziyyət bir qədər yaxşıdır, amma hər hansı bir bölgədə küçəyə çıxsanız, əhali tərəfindən maska rejiminə tamamilə məhəl qoyulmadığını görəcəksiniz".

A.İsayev xüsusi olaraq vurğulayıb ki, ictimai yerlərdə maska taxmağa məhəl qoymayanlar üçün cəzaların artırılmasına ehtiyac var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.