Dünya

Rusiyada ticarət mərkəzində atəş açan şəxs saxlanıldı

26 Sentyabr 2021 11:10
0 Şərh     Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Soçi şəhərinin "Moremall" ticarət mərkəzində travmatik tapançadan məişət zəminində baş verən münaqişə nəticəsində havaya atəş açan şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 25-də baş verib. Həmin gün ticarət mərkəzində silahdan havaya atəş açan 22 yaşlı Soçi sakini ilə mübahisə edən şəxs də polis tərəfindən saxlanılıb.

Hazırda hadisə nəticəsində ölən və yaralananların olub-olmaması dəqiqləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.