Dünya

Demokratlar 3 ildən sonra ABŞ-ı tamamilə məhv edəcəklər - Tramp

17 Sentyabr 2021 09:05
0 Şərh     Baxış: 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Demokrat Partiyasının nümayəndələrinin hakimiyyətdə qalacağı təqdirdə ABŞ üç ildən sonra məhv olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın keçmiş Prezidenti Donald Tramp "Newsmax" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 2022-ci ildə keçiriləcək seçkilərdə respublikaçılar ABŞ Konqresində çoxluq qazana, 2024-cü ildə isə rəhbərliyə gələ bilməsə, 3 ildən sonra ölkədən heç nə qalmayacaq.

D.Tramp əlavə edib ki, hazırkı Prezident Cozef Baydenin hakimiyyətinin səkkiz ayı ərzində ABŞ "heç vaxt olmadığı kimi geriləyib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.