Dünya

Norveçdə birpalatalı parlamentə seçkilər keçiriləcək

13 Sentyabr 2021 08:06
0 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Norveçdə Stortinqə - birpalatalı parlamentə - seçkilər keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, seçkilər sentyabrın 13-ü keçirilməli olsa da, bəzi bələdiyyələrdə sentyabrın 12-si də səsvermə baş tutub.

Vaxtından əvvəl səsvermə hüququna 1,6 milyondan çox seçici malikdir, bu isə səsvermə hüququ olan bütün seçicilərin 42 faizini təşkil edir.

Sentyabrın 13-ü səsvermə saat 09:00-dan 21:00-dək (Bakı vaxtı ilə 11:00 - 23:00) keçiriləcək .

Qeyd edək ki, 2013-cü ildən bəri Norveç Krallığını "Höyre" partiyasının rəhbərliyi altında baş nazir Erna Sulberqin başçılıq etdiyi hakimiyyət koalisiyası idarə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.