Paşinyan türkpərəstlikdə günahlandırılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ermənistan parlamentində qondarma "Dağlıq Qarabağla" bağlı komissiyasının yaradılmaması ölkə siyasətçilərini, eyni zamanda ictimaiyyət nümayəndələrini ciddi şəkildə sarsıdıb. Belə ki, "Hayastan" fraksiyasının deputatı Ağvan Vardanyan tərəfindən qaldırılan məsələ səsvermədən keçməyib və Dövlət-hüquq məsələləri komissiyasında səsverməyə çıxarılan təklif qəbul olunmayıb".
Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Ermənistanda Qarabağ klanının" nümayəndələrinin irəli sürdüyü təşəbbüslərin hakim partiya tərəfindən bloklanması prosesi gedir:
"Təklif qəbul olunsaydı Ermənistan parlamentində bu komissiyanın fəaliyyəti ilə bağlı çoxsaylı suallar ünvanlanacaqdı, eyni zamanda hərbi xərclərin sərfiyyatı və ll Qarabağ müharibəsində baş vermiş hərbi səhvlər nəticəsində Ermənistan ordusunda olan qurbanların sayının araşdırılması başlanacaqdı və bu, həm də hazırda da Ermənistan hərbi rəhbərliyində olan şəxslərə toxunacaqdı. Bununla yanaşı, elə Ermənistan parlamentində olan, eyni zamanda hakim partiyada təmsil olunan şəxslərə də dolayısı yolla təsir göstərəcəkdi. Çünki ll Qarabağ müharibəsində birbaşa olaraq Ermənistanın hakim partiyası və onun rəhbərliyi günahkardır. Lakin istənilən halda onlar öz məsuliyyətindən boyun qaçırmaq və bundan öncəki hərbi, siyasi strategiyanın düzgün qurulmadığı, hərbi xərclərin doğru yönə istiqamətlənməməsi ilə bağlı fikirlər irəli sürürlər və əsas etibarilə "Qarabağ klanını" günahlandırırlar ki, müasir texnologiyaya əsaslanan hərbi sənaye kompleksləri alınmamışdı. Ona görə də burada yenidən "Qarabağ klanının" nümayəndələrinin irəli sürdüyü təşəbbüslərin hakim partiya tərəfindən bloklanması prosesi gedir və buna görə də Ermənistanda hazırda siyasi fikirlər haçalanıb və bir-birlərinə qarşı ittihamlar səsləndirirlər. Bu da sözügedən prosesin tərkib hissələrindən biridir.
Səsvermədən sonra "Hayastan" fraksiyasının üzvləri də qəbul olunan qərardan narazılıqlarını ifadə ediblər və Paşinyanı yenidən türkpərəstlikdə günahlandırmağa davam edirlər. İstənilən halda bu cür fraksiyanın Ermənistanda qəbul olunmaması hakim partiyanın siyasi iradəsi və mövqeyidir. Düşünürəm ki, əgər bu komissiya təşkil olunsaydı Ermənistan ictimaiyyətindən bu komissiyaya çoxsaylı müraciətlər, çoxlu suallara cavab axtarılacaqdı".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı sabah keçiriləcək
-
Çox insanın sevdiyi yemək xərçəngə səbəb olurmuş
-
Kolleclərə ixtisas seçimi başladı
-
İrandan Almaniyaya aparılan yükdə 112 kiloqram heroin tapıldı
-
Neft qiymətləri yenidən ucuzlaşdı
-
Magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
-
Yasamalın bir hissəsində elektrik kəsiləcək
-
Təbii qazın qiyməti artdı
-
Avqustda pul cəlb edəcək bürclər
-
Küçələrə xüsusi boya çəkildi: Temperatur 10 dərəcə düşdü
-
Amerikada 152 milyard dollarlıq nəhəng xəzinə tapıldı
-
Yadplanetlilərin gizlənə biləcəyi yer tapıldı
-
Manqalda ətin yapışmaması üçün sadə üsul
-
Uşaqların ən sevimli səhər yeməyi: Kakaolu Pankek
-
Ürək tutmasının qarşısını alan şirə elan olundu
-
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
-
Sadə qatığı xüsusi desertə çevirən sirr
-
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
-
7 gün bunu etsəniz iltihabdan xilas olacaqsınız
-
ABŞ-də dəhşətli yanğın - 600-ə yaxın tikili külə döndü
-
Zidana görə Fransa millisinin ilk oyununun bütün biletləri 24 saata satıldı
-
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr - Siyahı
-
"Dima Bilan, tamaşaçılardan üzr istəməlisən"
-
Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurub - (Video)





