Dünya

Krıma hücumu heç kəsə tövsiyə etmirəm - Aksyonov

9 Sentyabr 2021 11:48
0 Şərh     Baxış: 1 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Krım xarici təhlükələrdən müvəffəqiyyətlə qorunur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Krım rəhbəri Sergey Aksyonov deyib.

"Krım həmişəlik Rusiyanındır və heç vaxt Ukraynaya qayıtmayacaq. Hörmətli krımlılar, heç bir platformaya əhəmiyyət verməyin. Təhlükəsizlik baxımından Krım hər şeylə təmin olunub, heç nə Krıma təhlükə yaratmır. Hücum etməyi heç kimə tövsiyə etmirik", - deyə Aksyonov bildirib.

Qeyd edək ki, Ukraynanın təşəbbüsü ilə keçirilən "Krım platforması" sammitdə yarımadanın qaytarılması kimi məsələlər müzakirə olunub.

Sammitdə 40-dan çox ölkənin nümayəndəsi iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.