Dünya

İran Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur

9 Sentyabr 2021 08:03
0 Şərh     Baxış: 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olacaq, ŞƏT-ə qoşulma prosedurunun başlanılması Tacikistanda keçiriləcək sammitdə elan olunacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ŞƏT-in sammiti 16-17 sentyabrda Düşənbədə keçiriləcək. Hazırda təşkilatın üzvləri Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır.

"Tezliklə təşkilatın doqquz üzvü olacaq. Düşənbədə keçiriləcək sammitdə dövlət başçıları İranın öz sıralarına qəbul edilməsinin başlanıldığını elan etməlidirlər", - deyə məqalədə qeyd olunub.

Bildirilir ki, ŞƏT-ə üzv olmaq prosesi uzun sürə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.