Dünya

“Taliban” qadınlara idmanı qadağan etdi

8 Sentyabr 2021 22:49
0 Şərh     Baxış: 766
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Taliban" Əfqanıstanda qadınlara idmanla məşğul olmağı qadağan edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə hərəkatın mədəniyyət üzrə komissiya sədrinin müavini Əhmədulla Vasik bildirib. O qeyd edib ki, qadağa kriket oyunçularına da aiddir:

"Qadınların kriket oynamasına icazə verilməyəcək. Çünki lazım deyil. Kriketdə elə bir vəziyyət yaranar ki, onların üzləri və bədənləri görünə bilər. Buna da İslam və İslam Əmirliyi icazə vermir".

Vasikin sözlərinə görə, "Taliban" bu məsələ ilə bağlı hər hansı güzəştə getməyəcək.

Qeyd edək ki, kriket Əfqanıstanda ən məşhur idman növüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.