Dünya

Gürcüstanda hamilə qadınlar arasında koronavirusa yoluxma halları 3,5 dəfə artıb

8 Sentyabr 2021 21:09
0 Şərh     Baxış: 1 025
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda hamilə qadınlar arasında koronavirusa yoluxma halları kəskin artıb. Cari ildə onların sayı 5000 nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya məlumat verib.

Onun sözlərinə görə, 2020-ci ildə cəmi 1300 hamilə qadın koronavirusa yoluxub. Bu il isə onların sayı təxminən 3,5 dəfə artıb. Onların əksəriyyəti "delta" ştamına yoluxub.

Nazir müavini deyib ki, hamilə qadınların vaksinasiyası istənilən səviyyədə deyil. Onlarla mütəmadi söhbətlər aparılır. Amma bu da istənilən nəticəni vermir. Bu günədək hamilə qadınlar yalnız "Pfizer" vaksini ilə peyvənd olunublar.

Qeyd edək ki, ölkədə hamilə qadınlar və yeni doğulan körpələrin koronavirusdan ölüm hallarına da rast gəlinir.

Bu günədək 4 hamilə qadın, 3 yeni doğulmuş körpə koronavirusdan dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.