Əfqanıstanın Pəncşir vilayətinin "Taliban" tərəfindən ələ keçirilməsindən sonra Şimal Alyansının keçmiş rəhbəri Əhməd Şah Məsudun məzarı təhqir olunub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müvafiq foto sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Əhməd Şah hələ ötən əsrin sonlarında "Taliban"a qarşı çıxan qüvvələrə rəhbərlik edib. O, 2001-ci ildə öldürülüb.
Hazırda Pəncşir müqavimətçilərinə onun oğlu başçılıq edir.
Milli.Az