Dünya

“Taliban” universiteti açdı - sinif otaqları “pərdələndi”

6 Sentyabr 2021 20:00
1 Şərh     Baxış: 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün günorta saatlarında Kabildə bir universitetdə çəkilən foto böyük səs-küyə səbəb olub.

Milli.Az lent.az-a istinadən məlumat verir ki, bütün dünya, "Taliban"ın hakimiyyəti dövründə məktəblərin taleyinin necə olacağını düşünürdü. Bu gün təşkilatın sosial media hesablarında paylaşdığı görüntü bütün suallara cavab olub.

Paytaxt Kabildə yerləşən İbn Sina Universitetində oğlan və qız tələbələri ayırmaq üçün sinfi pərdə ilə ikiyə bölüblər. Sosial şəbəkələrdə yayılan bu fotolar böyük səs-küy yaradıb.

"Taliban" təşkilatı daha əvvəl qızların dini qaydalara riayət etmək şərtilə məktəblərə gedə biləcəklərini açıqlamışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.