Müğənni Mənzurə Musayeva ilə bağlı maraqlı fakt gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçi illər öncə - 2008-ci ildə aldığı qızıl zinət əşyasının bugünkü dəyəri ilə tamaşaçıları heyrətləndirib.
Veriliş zamanı aparıcı Zaur Nəbi oğlu hesablamalar apararaq həmin qızılın indiki bazar qiymətini açıqlayıb.
"Mənzurə xanım o vaxt həmin qızılı 12 min dollara alıb. İndi isə onun dəyəri təxminən 50 min dollardır", - deyə Zaur Nəbi oğlu bildirib.
Müğənni isə aparıcının sözlərinə təəccüblə reaksiya verib və gülümsəyərək bunları deyib:
"Deməli, o vaxt yaxşı sərmayə qoymuşam. Mənim xəbərim olmadan qızılım dəyər qazanıb".
Sosial şəbəkə istifadəçiləri bu mövzunu yumorla qarşılayıb, bəziləri isə "Mənzurə Musayeva qızılına toxunmasın, qiymət qalxır" kimi şərhlər yazıblar.
Musa
Milli.Az





