Dünya

“Taliban” liderləri yeni əfqan hökuməti barədə danışıqlarda iştirak edirlər

29 Avqust 2021 21:43
0 Şərh     Baxış: 1 463
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının liderləri molla Heybətulla Axundzadə və molla Əbdül Qani Bəradar yeni əfqan hökuməti barədə Qəndəhar əyalətində aparılan danışıqlarda iştirak edirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qəndəharda aparıcı əfqan siyasətçiləri, habelə qəbilələrin və müxtəlif etnik qrupların liderləri ilə Əfqanıstanda yeni hökumətin strukturuna dair məsləhətləşmələr aparılır. Danışıqlara "Taliban" hərəkatının digər nüfuzlu üzvləri də qatılıb.

Yerli The Khaama Press agentliyinin bu ərəfədə yaydığı məlumata görə, hərəkatın nümayəndəsi Zəbihulla Mücahid yeni hökumətin formalaşdırılması prosesinin iki həftə ərzində yekunlaşa biləcəyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.