Dünya

Misirdə yunan-Roma dövrünə aid qədim yaşayış məskəninin qalıqları tapılıb - FOTO

29 Avqust 2021 20:28
0 Şərh     Baxış: 1 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misirin İsgəndəriyyə şəhərinin yaxınlığındakı Əl-Şətbi ərazisində qədim yunan-Roma dövrünə aid yaşayış məskəninin qalıqları tapılıb. Bu məskən qədim Misir paytaxtının divarları arxasında yerləşir. Arxeoloqlar bildiriblər ki, sözügedən ərazi səyahətçilər və tacirlər üçün tranzit nöqtəsi rolunu oynayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tapıntı barədə jurnalistlərə məlumat verən Misirin Qədim Abidələr Ali Şurasının sədri Mustafa Vəziri yaşayış məskəninin eramızdan əvvəl II əsrdən eramızın IV əsrinədək mövcud olduğunu bildirib. O əlavə edib ki, arxeoloqlar burada 40 su çarxı və sisterni, qayıq qalıqları, balıqçı alətləri, müxtəlif məişət əşyaları, qədim Roma imperatorları və əsgərlərinin mərmər heykəllərini aşkar ediblər. Qazıntılar zamanı 700 qədim sikkə də tapılıb.

M.Vəziri bildirib ki, tacirlər bu yaşayış məskənində öz mallarını satmaq və göndərmək üçün qədim Roma məmurlarından rəsmi icazə alırmışlar. Arxeoloji ekspedisiya buradakı bütün abidələri aşkar etmək üçün 9 ay fasiləsiz çalışıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.