Dünya

Koronavirus ilk dəfə vəhşi marallarda tapıldı

29 Avqust 2021 12:58
1 Şərh     Baxış: 1 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus ilk dəfə vəhşi marallarda qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, virusa yoluxmuş heyvanlara Ohayo ştatında rast gəlinib.

Əvvəlki tədqiqatlar maralların koronavirusa yoluxa bilmələrini göstərib. Bunlar təcrübə aparılarkən müəyyən olunub. Eyni zamanda, məlum olub ki, bəzi vəhşi marallarda anticism də var.

Mütəxəssislər vurğulayır ki, yoluxmuş marallarda xəstəliyin heç bir klinik əlaməti görünmür.

"Mövcud məlumatlara görə, virusun heyvanlardan insanlara keçmə riski aşağıdır", - deyə nazirlikdən bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.