Dünya

Taliban: Qadınların kişilərə ehtiyacı olmayacaq!

27 Avqust 2021 09:36
0 Şərh     Baxış: 2 047
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələcəyi qurmaq və keçmişdə olanları unutmaq istəyirik.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Taliban sözçüsü Zabiullah Mücahid deyib.

"Talibanın qadınları evə qapatmaq və tam qapanmağa məcbur edəcəyi ilə bağlı deyilənlər əsassızdır. İctimai yerlərdə kişilərin qadınlarla yanaşı olması məcburiyyəti də yanlış anlaşılıb. Bu, daha uzun səfərlər üçün keçərlidir. Qadınların məktəb, universitet, işə getdiyinə görə kişilərə ehtiyacı olmayacaq", - deyə Mücahid bildirib.

Daha öncə əfqanların Kabil aeroportuna girişinin qadağan ediləcəyini bildirən Mücahid güzəşt ediləcək şəxslərdən də danışıb:

"Müvafiq sənədləri olan əfqan vətəndaşlar ölkəni tərk edə bilər".

Taliban nümayəndəsi ictimai yerlərdə musiqinin qadağan olunduğunu da bir daha xatırladıb:

"Musiqi islamda haramdır. Amma bu barədə insanlara təzyiq etməyəcəyik, inandırmağa çalışacağıq".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.