Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 924 yoluxma halı qeydə alınıb, 60 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 523 022, xəstəlikdən ölənlərin sayı isə 6 881 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 458 265 nəfərin sağaldığı bildirilir.
Milli.Az