Gürcüstanda COVID-19-a daha 5 924 yoluxma qeydə alınıb, 60 nəfər ölüb

24 Avqust 2021 10:59

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 924 yoluxma halı qeydə alınıb, 60 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 523 022, xəstəlikdən ölənlərin sayı isə 6 881 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 458 265 nəfərin sağaldığı bildirilir.

Milli.Az