Dünya

“Taliban”a ağır zərbə: 300 döyüşçü öldürüldü - BBC müxbiri

23 Avqust 2021 09:19
1 Şərh     Baxış: 4 449
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əfqanıstanın Bağlan əyalətində Əhməd Məsud və Əmrullah Salehin rəhbərliyi altında yerli müqavimət qüvvələri "Taliban" silahlılarının yolunda pusqu qurub. Pusquya düşən azı 300 Taliban döyüşçüsü öldürülüb".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BBC-nin jurnalisti Yalda Hakim "Twitter" səhifəsində yazıb.

Bundan əlavə, jurnalist, pusqu zamanı ələ keçirilən "Taliban"çıların fotoşəkillərini də dərc edib.

Bu arada RİA Novosti məlumatlı bir mənbəyə istinadən məlumat yayıb ki, "Taliban" döyüşçüləri Bağlan əyalətinin üç mahalına nəzarəti bərpa etməyi bacarıb.

Qeyd edək ki, hazırda Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət qüvvələri yalnız Pəncşir əyalətin nəzarət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.