Dünya

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı artdı

22 Avqust 2021 18:07
0 Şərh     Baxış: 904
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Haitidə baş vermiş güclü zəlzələdə həlak olanların sayı artıb.

Milli.Az xəbər verir ki, zəlzələ nəticəsində 2 207 nəfər həyatını itirib.

Daha əvvəl 2 189 nəfərin öldüyü, 12 mindən çox insanın xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, Haiti sahillərində 7,2 maqnitudalı zəlzələ avqustun 14-də baş verib. YUNİSEF-in hesablamalarına görə, təbii fəlakət ölkədə 1,2 milyona yaxın insana, o cümlədən 540 min uşağa ziyan vurub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.