Haitidə baş vermiş güclü zəlzələdə həlak olanların sayı artıb.
Milli.Az xəbər verir ki, zəlzələ nəticəsində 2 207 nəfər həyatını itirib.
Daha əvvəl 2 189 nəfərin öldüyü, 12 mindən çox insanın xəsarət aldığı bildirilirdi.
Qeyd edək ki, Haiti sahillərində 7,2 maqnitudalı zəlzələ avqustun 14-də baş verib. YUNİSEF-in hesablamalarına görə, təbii fəlakət ölkədə 1,2 milyona yaxın insana, o cümlədən 540 min uşağa ziyan vurub.
Milli.Az