Dünya

İran saytında Qarabağı Ermənistan ərazisi kimi göstərən şəxs üzr istəyib

21 Avqust 2021 21:00
2 Şərh     Baxış: 1 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın "Jooiakar.com" saytında Qarabağa göndəriləcək işçilərin işə götürülməsi ilə bağlı elan yerləşdirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, elanın mətnində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və işğaldan azad edilmiş Qarabağ regionu Ermənistan ərazisi kimi göstərilib.

"Ermənistanın Qarabağ regionunda işləmək üçün ixtisaslı və qeyri-ixtisaslı ustalara ehtiyac var. İşçilərin saxlanması üçün bütün xərcləri şirkət öz üzərinə götürür", - elanın mətnində deyilir.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi saytda elan yerləşdirən şəxslə əlaqə saxlayıb. Səfirliyin nümayəndəsi Seyid Əli Musəvi bildirib ki, elanı yerləşdirən şəxs Qarabağın Azərbaycana aid olduğunu bilməməsinə işarə edib və səhvinə görə Azərbaycan müsəlmanlarından üzr istəyib.

Saytın rəsmisi reklamı tezliklə "Jooiakar" saytından və bütün sosial şəbəkələrdən siləcəyinə də söz verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.