Dünya

ABŞ Rusiya silahlarının bəzi növlərinin idxalını məhdudlaşdırıb

21 Avqust 2021 08:08
0 Şərh     Baxış: 659
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sentyabrın 7-dən etibarən ABŞ Rusiya və döyüş sursatlarının idxalına, eləcə də nüvə-raket məhsullarının, texnologiyalarının ixracına məhdudiyyətlər qoyacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qərar müvafiq sənədin rəsmi hökumətin saytında dərc edilməsindən (sentyabrın 7-si) sonra qüvvəyə minəcək. Məhdudiyyətlər ən azı 12 ay qüvvədə olacaq.

Qeyd edək ki, daha əvvəl cümə günü ABŞ Maliyyə Nazirliyi Aleksey Navalnının "zəhərlənməsinin" ildönümü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.