Dünya

Narkotik istifadəçisi olan 16 yaşlı qızın meyiti xəstəxananın önündə tapıldı

20 Avqust 2021 19:00
0 Şərh     Baxış: 1 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sürücüsü hələ müəyyən edilməyən bir avtomobil 16 yaşlı gənc qızı xəstəxananın qarşısında qoyaraq qaçıb.

Milli.Az Azxeber.com-a istinadən xəbər verir ki, hadisə İzmir şəhərində baş verib.

Deyilənə görə, nömrəsi və sürücüsü hələ də tapılmayan avtomobildən gənc bir qız xəstəxananın qarşısında Konak məhəlləsində, Sağlamlıq Universiteti (SBU) Tepecik Təhsil və Araşdırma Xəstəxanasında tapılıb.

Ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılan gənc qız bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib. Gənc qızın narkotik istifadə etdiyi və xəstələndiyi üçün xəstəxananın qarşısında qaldığı öyrənilib. Öldüyü bildirilən gənc qızın cəsədi üzərində araşdırmalar aparılıb və sonra İzmir Ədliyyə Tibb İnstitutunun meyitxanasına göndərilib.

Qeyd edək ki, qızı xəstəxananın qarşısına atan avtomobil və avtomobilin sürücüsü polis tərəfindən axtarılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.