Dünya

Qumbara ilə İrəvanda bukmeyker ofisinə girdi

20 Avqust 2021 16:14
0 Şərh     Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın paytaxtı İrəvan şəhərində bir nəfər qumbara ilə bukmeyker ofisinə daxil olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkə polisinin mətbuat xidməti yayıb. Qeyd olunur ki, ofisə daxil olan şəxs rəhbərlik ilə görüş tələb edib.

Həmçinin bildirilir ki, hadisə yerinə polis nümayəndələri və operativ qruplar cəlb olunub. Danışıqlardan sonra qumbaralı şəxs ofisi tərk edib və polis bölməsinə aparılıb.

Vurğulanır ki, həmin şəxsin şəxsiyyəti təyin edilib. Belə məlum olub ki, bukmeyker ofisində təhlükə yaradan 34 yaşlı Samvel adlı şəxs İrəvan sakinidir.

Hazırda insidentin səbəbləri araşdırılır. Xəsarət alanlar barədə isə hələ açıqlama verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.